Tər qoxusunun emosional sağlamlığa təsiri

Başqalarının bədən qoxusunu iyləmək sosial narahatlığın müalicəsində faydalı ola bilər. Bununla bağlı İsveçli alimlər araşdırma aparıblar.

Tədqiqatda qoltuqaltı tərindən istifadə edilib. Qoxunun duyğularla əlaqəli beyin yollarını aktivləşdirərək sakitləşdirici təsir göstərdiyi aşkarlanıb. Amma bunun doğru olub olmadığı hələ məlum deyil.

İlk öncə qoxunun niyə vacib olduğundan başlayaq.

Qoxu insanlarla və ətrafımızla qarşılıqlı əlaqədə olmağa kömək edir. O, həmçinin yeməyi daha dadlı edir və güclü xatirələr oyadır. Aromalar burnun yuxarı hissəsindəki reseptorlar tərəfindən mənimsənilir. Daha sonra siqnallar bilavasitə limbik sistemə, beynin yaddaş və duyğularla əlaqəli hissəsinə ötürülür.

İsveçli tədqiqatçılar insan bədəni qoxusunun emosional vəziyyətimizlə əlaqə qura biləcəyini və hətta onu qoxulayan başqalarında da oxşar reaksiyalar oyatdığını irəli sürürlər.

Tədqiqat könüllü şəxslər üzərində həyata keçirilib. 48 qadın iştirakçı qoxu nümunələrini iyləyib və daha sonra onların zehni terapiyası təhlil edilib.

Qadınların bəzilərinə iyləmək üçün əsl bədən qoxusu, bəzilərinə isə tər əvəzinə təmiz hava verilib. Tər iyləyən qadınların müalicədə daha yaxşı göstərdikləri məlum olub. Ümumiyyətlə bədən qoxuları insanın emosional vəziyyəti ilə əlaqəlidir. Xoşbəxt olarkən ifraz edilən tərin qoxusu, əsəbi, gərgin olarkən ifraz edilən tərdən fərqlidir.

Tərdəki insan kimya siqnalları müalicəyə reaksiyaya təsir göstərir. Əslində ifraz edilən tərin çoxu qoxusuzdur, lakin qoltuqaltı və qasıqdakı tər vəziləri qoxuya səbəb olan bəzi birləşmələr istehsal edir.

Tədqiqatın nəticəsində bildirilib ki, qoxu duyğumuzla emosional sağlamlığımız arasında güclü əlaqə var. Həyat yoldaşınız və uşaqlarınız kimi digər insanların qoxusunu duymamaq depressiyaya və təcrid hisslərinə səbəb ola bilər.

Sevinc Hüseynova

Saglamolun.Az