Leykemiya xəstəliyinin müalicəsində mühüm irəliləyiş eldə edilib.
ABŞ-da kliniki sınaqları tamamlanan yeni dərmanın leykemiya xəstələrinin üçdə birində tam sağalma ilə nəticələndiyi bildirilib.
Revumenib adlı yeni dərman bütün xəstələrə eyni dərəcədə təsir etməsə də, alimlər nəticəni uğurlu hesab ediblər.
Texas Universitetinin professor Ghayas İssa qeyd edib ki, əldə edilən yeni nəticələr ümidvericidir. Müalicənin yarısında sümük iliyindəki leykemiya hüceyrələri yoxa çıxıb.
Kəskin miyeloid leykemiya qan hüceyrələrinin istehsal edildiyi sümük iliyində meydana gələn və problemli hüceyrələrin nəzarətsiz çoxalmasına səbəb olan bir xərçəng növüdür.
Dərman menin adlı xüsusi bir zülalın qarşısını alan yeni hazırlanmış hədəflənmiş terapiya metodu ilə işləyir. Dərman leykemiya hüceyrələrini yenidən normal hüceyrələrə çevirir.
Nəticələri bu ay “Nature” jurnalında dərc olunan təcrübələr zamanı artıq 18 nəfərin həyatını xilas etmək mümkün olub. İlkin nəticələrə görə, xəstələrin 53 faizi revumenib qəbul edib, onlardan 30 faizi tam sağalıb.
Sevinc Hüseynova
Saglamolun.Az