Angina və yaxud boğazgəlmə insanların əksəriyyətində rast gəlinən xəstəlikdir.
Qədim zamanlarda şişmiş boğaz ətləri bərk şəkildə əzilərək müalicə edilirdi. Amma bu üsul qanaxmaya səbəb ola bilər. Bu səbəbdən də angina boğaz ətini əzmək olmaz. Xalq təbabətində boğazgəlmə zamanı müxtəlif müalicə metodları tövsiyə edilir. Onlardan birini təqdim edirik.
1 xörək qaşığı udi hindi tozu
3 xörək qaşığı bal
Bunları qarışdırıb qarışıqdan gündə 4-5 dəfə boğazın içərisinə və badamcıqların üstünə çəkmək lazımdır. Uşaqlara istifadə edərkən udi hindinin miqdarını bir qədər azaltmaq lazımdır.
Ud hindinin yağı da anginaların müalicəsində çox faydalıdır. Gündə 3 dəfə hər dəfə də 3-4 damcı burun dəliklərinə arxası uzanıqlı vəziyyətdə tökülməlidir ki, yağ boğaza qədər çatsın, bu müalicəni 1 ay tətbiq edilməlidir.
Sevinc Hüseynova
Saglamolun.Az