Загрузка...

Mütəxəssislər yuxunun optimal vaxtını müəyyən edib

Avropa Kardiologiya cəmiyyətinin mütəxəssisləri sağlamlıq üçün optimal olan yuxu vaxtını müəyyən edib.

Trend.az bildirir ki, araşdırma müəllifi doktor Epayminondas Fontas qeyd edib ki, yuxunun ürək-damar sisteminə təsiri barədə hazırda tibbdə az məlumat var.

Araşdırma nəticəsində alimlər yuxunun davamiyyəti ilə ürək-damar xəstəliklərinin yaranması arasında əlaqəni tədqiq edib. Daha əvvəl ürəklə bağlı problemi olmayan milyona yaxın yaşlı insanın məlumatları təhlil edilib. Müayinə edilmiş pasiyentlər üç qrupa bölünüb: birinci qrupda - sutkada 8 saatdan çox yatan, ikinci qrupda - 6 saatdan az yatan, üçüncü qrupda isə 6-8 saat arası yatanlar.

Araşdırma nəticəsində alimlər müəyyən edib ki, sutkada 6 saatdan az yuxu ürəyin işemik xəsətəliyi və insultun yaranması riskini 11% çoxaldır, 8 saatdan çox yuxu isə 33% artırır.

Beləliklə, az yatma və çox yatma orta müşahidə dövründə ürək xəstəliklərindən və insultdan olan ölüm hadisələri riskini ayrı dərəcədə artırır.

Fontas qeyd edib ki, yuxu araları sağlamlığa çətin ki ciddi təsir etsin. Ancaq araşdırma nəticələrinə əsasən, çox yatmadan qaçınmaq lazımdır.

"Düzgün yuxu sağlam həyat tərzinin vacib hissəsidir",- alim bildirib.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика