Yanmış çörək və çox qızardılmış kartof sağlamlıq üçün təhlükəlidir.
Bununla bağlı İngiltərə Qida Standartları İnstitutunda araşdırma aparılıb.
Məlum olub ki, çox bişmiş kartof və yanmış çörəyin tərkibində xərçəngə səbəb olduğu sübut edilən yüksək miqdarda toksin mövcuddur.
Tədqiqatçıların məlumatına görə, çörək və kartofun tərkibindəki amin turşuları 120 dərəcədən yuxarı temperaturda su və şəkərlə qarşılıqlı əlaqəyə girdikdə, akrimalid adlı kanserogen kimyəvi maddə ortaya çıxır.
Buna görə də mütəxəssislər ictimaiyyətə kartofun bişirilərkən "açıq qızılı rəngdə" qalmasına və çörəyini mümkün qədər az bişirilməsinə aid təlimat hazırlayıblar.
İngiltərə Qida Standartları İnstitutunun baş elmi müşaviri professor Guy Poppy bildirib ki, qidalanma zamanı məruz qaldığımız Akrimalid nisbətləri xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə həmin qidalarda tamamilə imtina etməyə ehtiyac yoxdur. Sadəcə deyilənlərə əməl etmək riski azalda bilər.
Sevinc Hüseynova
Saglamolun.Az