Omikrona yoluxandan 2 gün sonra əmələ gələn İLK SİMPTOMLAR

Belə hesab olunurdu ki, ilk simptomlar koronavirusa və bu virusun ştammı olan omikrona yoluxandan 5-6 gün sonra üzə çıxır.

Lakin alimlərin son araşdırmaları sübut edir ki, koronavirusun ilk simptomları yoluxandan 2 gün sonra əmələ gəlir. Bu haqda London İmperator kolecinin alimləri məlumat verib.

Araşdırma zamanı məlum olub ki, orqanizmdə koronavirusun ən yüksək konsentrasiyası yoluxmadan 5 gün sonra qeyd olunur və 12-ci günə kimi saxlanılır.

Alimlər koronavirusun ən erkən simptomlarını açıqlayıblar. Bunlar burun tutulması və ya burun axması, asqırma, boğazda ağrı kimi simptomlardır.

Bundan əlavə yoluxmuş insanlar baş, əzələ və oynaq ağrıları hiss edirdi, onların qızdırması qalxırdı. Simptomlar ağır olmurdu və adi soyuqdəyməni xatırladırdı.

Saglamolun.az ZOE COVID Symptom Study istinadla bildirir ki, hazırda omikrona işarə edən əsas simptomlar bunlardı:

- burun axması

- baş ağrısı

- yorğunluq

- boğaz ağrısı

- asqırma

- öskürək

- səsin tutulması.

Saglamolun.Az