Dırnaqlardakı göbələklərdən xilas olmağın təbii yolu

Alma sirkəsi və soda dırnaq göbələklərindən xilas olmağa kömək edə bilir.

Sağlamolun.az yazır ki, sirkə asidik bir mühit yaradır, bu da göbələyin çoxaldığı qələvi mühiti sıxışdırır. Soda, öz növbəsində, qoxuları öldürə və göbələk infeksiyalarının böyüməsini dayandıra bilir.

Beləliklə, vannanı topuq səviyyəsinə qədər ilıq su ilə doldurun. Suya bir stəkan sirkə əlavə edin və ayaqlarınızı orada 30 dəqiqə saxlayın, sonra qurudun.

Vannanı boşaldıb yeni su ilə doldurun. 5 xörək qaşığı soda əlavə edin. 15 dəqiqə ayaqlarınızı sodalı suda saxlayın. Daha sonra təbii şəkildə qurumağa buraxırıq.

Səhər və axşam göbələk tamamilə yox olana qədər proseduru təkrarlayın.

Saglamolun.Az