Omikron infeksiyasnın 2 İLK ƏLAMƏTİ bunlardır – Tanınmış professor açıqlayıb

Tanınmış britaniyalı epidemioloq London Kral kolecinin professoru Tim Spektor Omikron infeksiyasının 2 ilk simptomunu açıqlayıb.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimin sözlərinə bu simptomlar boğaz ağrısı və səsin xırıltılı olmasıdır.

Omicron olan xəstələr boğaz ağrısının çox şıddətli olduğunu vurğulayır.

Professor Spektor güclü boğaz ağrısı və səsin tutulması zamanı PCR testindən keçməyi tövsiyə edir.

İnfeksiyanın digər simptomları arasında:

- Burun axması

- Baş ağrısı

- Yorğunluq

- Asqırıq

- Davamlı öskürək

- Əzələlərdə qeyri-adi ağrılar

- Üşümə

- Yüksək qızdırma

- Başgicəllənməsi

- Gözlərdə ağrılar

- Əzələ ağrıları

- Qulaq ağrısı.

Saglamolun.Az