Rəngbərəng dəmrov

Oxuculardan gələn suallara əsasən sizlərə bu mövzunu seçdim.

Rəngbərəng Dəmrov bədənin üst nahiyəsində ləkə şəklində görülən bir xəstəlikdir. Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik deffekt sayılan açıq çəhrayı, tünd və açıq qəhvəyi rəngdə bəzən də ağ rəngdə ləkələr meydana gəlir. Məhz buna görə də bu xəstəliyin adı Rəngbərəng Dəmrovdur.

Göbələyin dəridə yayılma səbəbi bunlardır:

- İsti və nəmli hava

- Çox tərləmə

- Yağlı dəri

- Zəyifləmiş immun sistemi

- Hormonal dəyişikliklər

Rəngbərəng Dəmrov daha sıx yeniyetmə və gənc yaşlarda görülür. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi rəngdə, bəzən də ağ rəngdə olub üzərində bəzən incə pulcuqlar da görülə bilər. Heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ola bilər.

Diaqnoz müayinə zamanı qoyulur. Bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilir, bunun üçün Wood lampası ilə müayinə etmək lazım ola bilər.

Bu mövzu ilə əlaqədar ən tez-tez verilən suallar.

- Bu ləkələrin qaraciyərlə elaqəsi varmı?

XEYR, bu ləkələrin qaraciyərlə və ya başqa bir orqanlarla əlaqəsi yoxdur.

- Bu xəstəlik keçicidir?

XEYR.

- Yataq örtükləri və dəsmalları qaynatmaq lazımdırmı?

XEYR , bu xəstəlik keçici olmadığı üçün nə pal-paltarları, nə də dəsmalları qaynatmaq lazım deyil.

- Çimmək olarmı?

Təbii ki, olar.

- Müalicəsi varmı?

VAR. Müalicəsi sadədir, yerli və ya sistemik antifunqal (göbələk əleyhinə) preparatlardan istifadə olunur. Lakin burda müalicənin müddəti çox vacibdir. Çünki ilk günlərdən etibarən səpkilər solmağa başlayır və hətta tamamilə keçir, xəstələr sağaldığını zənn edərək müalicəni dayandırırlar. Bir müddət keçdikdən sonra ləkələr təkrar üzə çıxır.

İlk baxışdan sadə görülən bu xəstəlik ciddi kosmetik deffekt yarada bilər. Zamanında və düzgün müalicə olunmadıqda qalıcı ağ ləkələr yaranır və bu ləkələrin müalicəsi xeyli zaman aparır. Dərimizin sağlam və gözəl olması hamımızın arzusudur. Çünki gözəl görünmək əhval-ruhiyyəmizə də təsir göstərir.

Uzman Dr. Lalə Cahangirova

Dermatoloq

 

 

.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

 


Яндекс.Метрика