Bir çox hallarda Omicron infeksiyası yalnız simptomatik müalicə tələb edir.
Belə müalicə ev şəraitində də aparıla bilər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla ev şəraitində omicron infeksiyasının əsas müalicə prinsiplərini təqdim edir.
- Reseptsiz satılan qızdırmasalan və ağrıkəsici preparatlarını qəbul edin.
- Lazım olduqda burun damcıları və öskürək əleyhinə siroplarından istifadə edə bilərsiniz.
- Bol su için. Covid və onun ştammı olan Omikron infeksiyasının müalicəsi zamanı bol mayenin qəbulu olduqca vacibdir. Bu orqanizmi toksinlərdən təmizləyir, insanın vəziyyətini yüngülləşdirir. Mayenin lazım olan miqdarda qəbulunun əsas göstəricisi sidiyin açıq sarı rəngdə olmasıdır.
- Dincəlin. İstirahət immun sisteminə infeksiya ilə mübarizə aparmaq üçün enerji yığmağa yardım edir və bəzi simptomları yüngülləşdirir.
- Qanda oksigenin səviyyəsinə daim nəzarət edin. Pulsoksimetrin göstəricisi 95% -dən aşağı düşərsə, vaxt itirmədən həkimə müraciət edin.
Əgər 5-7 gündən sonra insanın vəziyyəti yaxşılaşmırsa və ya əksinə daha da ağırlaşırsa, həkimə müraciət etmək lazımdır. Ola bilsin ki, müalicəni xəstəxana şəraitində davam etmək lazım olacaq.
Hansı simptomları gördükdə dərhal həkimə müraciət etmək lazımdır?
- Nəfəs darlığı.
- Çox yüksək qızdırma.
- Həddindən artıq zəiflik (insan yataqdan qalxa bilmir və s.).
- Nəbzin artması.
- Şüurun qarışıq olması.
- Dodaqlar, dırnaqlar, dərinin (xüsusilə burun-dodaq üçbucağın) göyərməsi.
Saglamolun.Az