Загрузка...

Misli-bərabəri olmayan ŞƏFA MƏNBƏYİ

Azərbaycanın dünyada analoqu olmayan nadir sərvəti olan Naftalan nefti olduqca qiymətli müalicəvi məhsuldur.

Yanmayan Naftalan neftinin müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Keçmişdə yerli əhali naftalanı müxtəlif yaralar, xoralar, oynaq xəstəlikləri zamanı geniş istifadə edirdi. Dahi Nizami Gəncəvinin əsərlərində naftalan haqqında məlumatlar var.

XX əsrin əvvəllərində naftalan neftinin əsasında hazırlanmış kosmetik vasitələr (xüsusilə cavanlaşdırıcı kremlər) Avropa və Amerikada çox böyük populyarlıq qazanıb.

Naftalan neftinin faydalı və müalicəvi xüsusiyyətləri yüzlərlə elmi işlərdə öz təsdiqini tapıb. Rus alimlərinin son araşdırması göstərib ki, Naftalan nefti hətta xərçəngin müalicəsində də uğurla istifadə oluna bilər.

Naftalan neftinin tərkibində olan nadir maddələr ağrıkəsici, iltihabəleyhinə, antiallergik təsirə malikdir, damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, yaraları və xoraları sağaldır, maddələr mübadiləsi proseslərini stimullaşdırır, sonsuzluğu müalicə edir, spermatogenezi yaxşılaşdırır və s.

Hal hazırda Naftalan nefti bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla stifadə olunur:

- Oynaq xəstəlikləri (poliartrit, artrit, artroz, podaqra, osteoxondroz)

- Əzələ xəstəlikləri

- Dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, seboreya, furunkul, dəmrov) , dəridə yaralar və xoralar, yanıqlar

- Babasil

- Kişi və qadın sonsuzluğu

- Kişilərdə cinsi zəiflik, prostatit, uretrit

- Qadın cinsiyyət sistemi xəstəlikləri və iltihabları

- LOR xəstəliklər (haymorit, frontit və s.)

- Mərkəzi və periferik sinir sistemi xəstəlikləri  (nevralgiyalar, nevritlər, radikulit və s.)

- Damar xəstəlikləri (tromboflebit, trofik xoraları və s.)

Naftalan nefti həmçinin qiymətli kosmetoloji məhsuldur. Naftalan dərini bərpa edir, cavanlaşdırır, dərinin tonusunu qaldırır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика