Aspirindən güclü giləmeyvə. Faydaları

Gilas A, C, B qrupu vitaminlər, maqnezim, dəmir, yod kimi minerallar, orqanik turşular, flavonoid, kumarinlər və s. bir çox faydalı maddələrlə zəngindir.

Saglamolun.az xəbər verir ki, mütəxəssislər gilası artroz, allergiya, revmatizm, podaqra və şiş xəstəliklərinin profilaktikası üçün ən təsirli vasitə hesab edir.

Gilas sinir sisteminə müsbət təsir edir, stresləri, depressiyanı azaldır.

Gilas damarlar üçün olduqca faydalıdır. Onun tərkibində olan bioloji aktiv maddələr damarların divarlarını möhkəmləndirir, aterosklerozdan qoruyur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Kardioloqlar ürək və damar xəstəlikləri olan, yüksək təzyiqdən əziyyət çəkən insanlara hər gün 20-25 gilas yeməyi tövsiyə edirlər. Ən faydalı gilas tünd rəngdə olandır.  

Alimlər sübut edir ki, gilas orqanizmə çox güclü iltihabəleyhinə təsir edir. Bu mənada gilas hətta aspirindən geri qalmır.

Gilası aspirinə oxşadan digər faydalı xüsusiyyəti də var. Bu giləmeyvə ağrıları azaltmaq xüsusiyyətlərə malikdir. Başınız, oynaqlarınız ağrıyırsa, podaqradan əziyyət çəkirsinizsə, dərhal dərman içməyin, gilas yeyin.

Gilas yüngül sidikqovucudur və bu səbəbdən sidik kisəsi və böyrəklər üçün faydalı sayılır.

Həzm olunmayan qidalı liflərlə zəngin olan gilas qəbizlik zamanı yaxşı kömək edir, bağırsaqları təmizləyir.

Gilas orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.

Gilası çox yemək olmaz, bu köp və qarın ağrılarına səbəb ola bilər.

Gilası nitrat və digər ziyanlı maddələrdən təmizləmək üçün onu yedikdən əvvəl soda əlavə olunmuş suda 15 dəiqə ərzində saxlayın.   

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика