112. əl-İxlas surəsi

 

əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

(Məkkədə nazil olmuşdur, 4 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 - (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

2 - Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

3 - O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)

4 - Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

Saglamolun.Az