Загрузка...

Qalxanvari vəzi xərçəngi

Bu kifayət qədər az rast gəlinən xərçəng növüdür (1-2 %). Qalxanvari vəzi xərçənginə qadınlarda kişilərlə müqayisədə daha tez-tez rast gəlinir (4 dəfə). Xəstəlik əksər hallarda 50 yaşdan sonra inkişaf edir.

Lakin bəzən xəstəlik uşaqlarda və cavan insanlarda inkişaf edir. Buna rentgen şüalanma təkan verə bilər.

Xəstəliyin ilkin mərhələlərində xərçəng özünü heç bir əlamətlə büruzə verməyə bilər. Lakin xəstəlik inkişaf etdikcə xəstədə bu kimi pozulmalar inkişaf edir:

- boyun nahiyəsində ağırlıq və sıxılma hissi,

- udmanın çətinləşməsi,

- səsin dəyişilməsi,

- boğaz limfatik düyünlərinin böyüməsi,

- boyun damarlarının daha gözəçarpan olması.

Təəssüf ki, xərçəngin digər növləri kimi, qalxanvari vəzi xərçəngi ilkin mərhələlərdə özünü heç bir əlamətlə büruzə vermir. Yuxarıda sadaladığımız pozulmalar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir.

Məhz bu səbəbdən valideynlərdə və (və ya) yaxın qohumlarda qalxanvari vəzi xəstəlikləri, düyünləri, xərçəngi olan insanlar, radiasiya və rentgen şüalanması təsirinə məruz qalmış insanlar (xüsusilə uşaq yaşlarında) profilaktik olaraq endokrinoloqun müayinəsindən keçməlidir. Həkim əl ilə xəstənin boğaz nahiyəsini yoxladıqığı zaman düyün və ya hər hansı bərkimiş sahə hiss etdikdə, xəstəni USM və ya kompüter tomoqrafiyasına göndərir. Bu müayinələr zamanı həkimlərdə xərçəngə şübhə yarandıqda və ya aşkar olunmuş düyünün ölçüsü 1 sm-dən böyük olduqda, xəstəyə biopsiya təyin olunur. Törəmənin mikroskopik hissəsi iynə ilə götürülür və xüsusi analizə göndərilir.

Qalxanvari vəzi xərçənginin əsas müalicəsi prinsipi vəzin cərrahiyyə yolu ilə xaric edilməsidir. Nəzərinizə çatdıraq ki, qalxanvari vəzi xərçəngi əksəriyyət hallarda tam müalicə olunur və insan adi normal həyata qayıdır. Bir amerikanlı cərrah-onkoloqun tanınmış ifadəsi var ki, "əgər sizin qismətinizidə xərçəng varsa, qoy bu qalxanvari vəzi xərçəngi olsun".

Qalxanvari vəzi xərçəngi aşkar olunduqda, vəz əksər hallarda tam olaraq cərrahiyyə yolu ilə xaric edilir. Qalxanvari vəzin belə tam olaraq xaric edilməsi gələcəkdə inkişaf edə bilən metastazların qarşısını alır. Əməliyyatdan sonra xəstələrə bir çox hallarda radioaktiv yod terapiyası və ya şüa terapiyası təyin olunur ki, bu zaman əməliyyatdan sonra qala bilən xərçəng hüceyrələri məhv olunur.

Əməliyyatdan dərhal sonra xəstəyə qalxanvari vəzi hormonları təyin olunur və xəstə bu hormonları həyatın sonuna kimi qəbul etməlidir.

Nəzərinizə çatdıraq ki, belə əməliyyatları yalnız təcrübəli cərrah-endokrinoloqlara etibar etmək lazımdır. Bu halda əməliyyatdan sonra mümkün olan fəsadların miqdarı minimuma çatdırılır.

Əməliyyat zamanı yalnız qalxanvari vəzi və ya qalxanvari vəzi ətrafda olan piy toxuması və limfatik düyünlərlə birlikdə xaric olunur.

Əməliyyat keçirmiş xəstə həyatının sonuna kimi endokrinoloqun nəzarətində qalmalı və ildə 1 dəfə müayinədən keçməli və lazım olan qan analizlərini verməlidir. Bu metastazların vaxtında aşkar edilməsi üçün çox vacibdir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Zeyneb 11.05.2015 09:25
Atamda Qalxanabənzər vəz xərçəngi var idi. boyun nahiyəsinin birdən birə şişməsi nəticəsində aşkaladıq və dərhalda əməliyyat olundu daha sonra radioaktik yod qəbul etdi həkimlər daha heç bir qorxusunun olmayacağını desələrdə sadəcə 2 ay sonra vəziyyəti birdən birə pisləşdi və müayinə zamanı artıq ağciyərlərinə metastaz veridiyini öyrəndik daha sonra ximya və radioterapi mülicəsi alsada onu 6 ay içərisində itirdik . Şiş artıq sümüklərinədə metastaz vermişdi qarşısı ala bilmədik. Oysa ki müayinə və mülaciləri türkiyədə olunurdu. Bəzi həkimlər əməliyyat olunmayıb bir başa ximya müalicəsi alsa idi ən azından 3-4 il yaşayacağını dedilər. Bilmək istəyirəm ki bu fikir nə dərəcədə doğrudu ?
#2 Administrator 11.05.2015 13:10
Цитирую Zeyneb:
Atamda Qalxanabənzər vəz xərçəngi var idi. boyun nahiyəsinin birdən birə şişməsi nəticəsində aşkaladıq və dərhalda əməliyyat olundu daha sonra radioaktik yod qəbul etdi həkimlər daha heç bir qorxusunun olmayacağını desələrdə sadəcə 2 ay sonra vəziyyəti birdən birə pisləşdi və müayinə zamanı artıq ağciyərlərinə metastaz veridiyini öyrəndik daha sonra ximya və radioterapi mülicəsi alsada onu 6 ay içərisində itirdik . Şiş artıq sümüklərinədə metastaz vermişdi qarşısı ala bilmədik. Oysa ki müayinə və mülaciləri türkiyədə olunurdu. Bəzi həkimlər əməliyyat olunmayıb bir başa ximya müalicəsi alsa idi ən azından 3-4 il yaşayacağını dedilər. Bilmək istəyirəm ki bu fikir nə dərəcədə doğrudu ?


Bu linkə keçib endokrinoloqa sual verin: http://saglamolun.az/index.php/endokrinologiya/3776-ayten-babaxanova.html

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика