Keçməyən səs batıqlığı xərçəng əlaməti ola bilər

Siqaretdən istifadənin qırtlaq (boğaz) xərçəngi riskini artırdığı qeyd edilir.

15 gündən artıq davam edən boğaz ağrısı və səs batıqlıqları zamanı mütləq bu sahədə mütəxəssisə müraciət edilməsi tövsiyə olunur.

Qulaq-burun xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı prof. dr. İsmail Özdemirin fikrincə, qırtlaq xərçənginin başlıca səbəbləri genetik meyillilik və siqaretdən istifadədir.

r s batıqlığı rçəng deyil

Boğaz ağrıları və səs batıqlıqları 15 gündən artıq davam edərsə, həkimə müraciət etmək lazımdır. Hər ağrı və səs batıqlığının xərçəng olmadığını qeyd edən Özdemir qulağa vuran ağrı və boyunda şişkinlik göründüyü təqdirdə xəstələrin qulaq-burun-boğaz həkiminə baş çəkməsini məsləhət görür. Bu zaman həkimlər müayinə vasitəsilə bu bölgələri incələyərək şübhəli bir kütlə görərlərsə, həmin bölgəni biopsiya edərək diaqnoz qoyurlar. Biopsiya xəstəliyin diaqnozunun qoyulmasında ən önəmli vasitələrdən biridir.

Erkən diaqnoz önəmlidir

Erkən diaqnoz müalicənin aparılması baxımından çox əhəmiyyətlidir. Biopsiyadan sonra xəstəliyin qırtlaqda haralara yayıldığının aşkar etmək üçün tomoqrafiya çəkilir. Xərçəngin başqa bir orqana keçib-keçmədiyi müəyyən olunur. Çünki müalicə zamanı bunlar əhəmiyyətli faktorlardır.

Diaqnoz qoyulduqdan sonra digər bütün analizlər aparılaraq ümumi nəticə əldə olunur və xəstənin müalicəsi üçün ən yaxşı metodun hansı olduğuna dair qrup tərəfindən qərar verilir, müalicə planı hazırlanır.

Ağız gigiyenasına diqqət edin

Qırtlaq xərçənginə tutulmamaq üçün ağız gigiyenasına diqqət edilməsi labüddür. Diş və diş əti müalicəsinin və dişlərə qulluğun nizamlı aparılması lazımdır. Çürük dişlərin müalicə edilməsi və ya çəkilməsi gərəklidirsə, bunun təxirə salınmaması məsləhət görülür.

Saglamolun.Az