Bunlar insanı qocaldır

 

İnsanların qocalma sürəti fərqlidir. Bəziləri daha tez, bəziləri isə daha gec qocalır. İnsanın pasport və bioloji yaşı var.

Bioloji yaşı pasport yaşından daha az və ya daha çox ola bilər.

Bəs insanı qocaldan əsas amillər hansılardır?

Saglamolun.az xarici KİV-lərinə istinadən bildirir ki, Almaniya alimləri bu mövzuda xüsusi araşdırma aparıblar. Onların müşahidələrinə görə, insanın tez və ya gec qocalması onun genlərindən asılıdır. Lakin bu yalnız genlərdən asılı deyil.

İnsanı qocaldan digər amillər da var:

- hərəkətsizlik

- artıq çəki

- xroniki stress

- qidalı maddələrin (vitamin, minerallar və s.) çatışmazlığı

- siqaret çəkmək

- nəzarət olunmayan və ya pis nəzarət olunan yüksək təzyiq və şəkər

- qanda lipidlərin yüksək səviyyədə olması.

Mütəxəssislər qeyd edir ki, əgər insan bu faktorları aradan qaldıra bilərsə, o, öz yaşından daha cavan görünəcək.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...