Atalar, analar, bir də övladlar...

Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər...” (əl-Furqan, 25/74)

Müqəddəs Kitabımız Quran peyğəmbərlərimizin (Allahın salamı onların üzərinə olsun) “müsəlman” (əl-Bəqərə, 2/128), “pak” (Ali-İmran, 3/38), “davamlı namaz qılan” (İbrahim, 14/40) və “saleh bir nəsil” (əl-Əhqaf, 46/15) ilə əlaqəli arzularını və dualarını bizə nümunə, örnək, istiqamət olmaq üçün nəql edir.

Əlbəttə ki, biz, Rəhmanın bəndələri də “gözaydınlığımız olan həyat yoldaşlarımızın və nəsillərimizin” olmasını çox arzulayarıq. Bunun nəticəsi olaraq da həyat yoldaşları və uşaqlarımızın da özümüz kimi Rəhmanın yolunda olmasına çox əhəmiyyət verərik. Çünki “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı da bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...” (ət-Təhrim, 66/6) əmri ilə onlardan, ilk növbədə, məsul olan insanlar bizik.

Şübhə yoxdur ki, yalnız “şifahi dua” etmək yolu ilə, yəni dilimizlə istəməklə bunlara nail olmağımız mümkün deyil. Bunun üçün qarşılıqlı sevgi və hörmətə istinad edən xoşbəxt bir ailə yuvasının qurulması və uşaqlarımızın təlim-tərbiyəsi mövzusunda əvvəldən başlayaraq lazımi dini ölçülərlə, yəni “əməli duaya” da həssaslıqla riayət etməliyik.

Oğlan və yaxud qız olmasından asılı olmayaraq, bir müsəlman ailə qurmaq istədiyi zaman ata-analarının da rəhbərliyində, ilk növbədə, İslam tərbiyəsi almış, namuslu bir insanla ailə qurmağa çalışmalı, həyat yoldaşını seçərkən gözəlliyindən, əsil-nəcabətindən və zənginliyindən daha çox dindarlığına və gözəl əxlaq sahibi olmasına fikir verməlidir. Peyğəmbərimiz (s.ə.s.) bu meyarlara, xüsusilə qadınlarda diqqət yetirilməsini məsləhət görmüş olsa da, bu meyarları kişilərdə də diqqətə almaq üçün heç bir maneə yoxdur. Hədisdə xüsusilə qadınların qeyd olunmasının onların “yuva və övladlar üzərindəki əsas təsirini vurğulamaq” məqsədi ilə olduğunu düşünsək, səhv etmərik.

Ailə qurmaq istəyən qadın və kişinin bir-birini görüb bəyənməsi (Əbu Davud, “Nikah”, 18; Tirmizi, “Nikah”, 5) və öz arzu və azad iradələri ilə ailə qurmağa qərar verməsi də dinimizin məsləhət gördüyü əhəmiyyətli mövzulardan biridir.

Beləliklə, cüzi iradəmizi İslam meyarlarına uyğun bir şəkildə istifadə etdikdən sonra həm xoşbəxt bir yuva qura bilmək, həm də qurulan yuvanı xoşbəxtliklə davam etdirə bilmək üçün dua edib, Allahdan kömək istəməyimiz də mütləq vacibdir. Çünki həyat yoldaşları arasında sevgi və mərhəməti var edən Odur (ər-Rum, 30/21).

Dinimizə görə, dünyaya gəlmələrinə səbəb olduğumuz hər bir uşaq ailə üçün yeni bir xoşbəxtlik və sevinc mənbəyi olduğu qədər, bizə yeni məsuliyyət də yükləyir. İslam bu barədə birinci dərəcədə ataya məsuliyyət yükləyir (ət-Təhrim, 66/6). Ana da bu məsuliyyətə şərikdir.

Övladlarımızın qidalanma, məskənlə təmin olunma, geyim və sağlamlıq kimi maddi və bioloji ehtiyaclarını halal yollarla və gücümüz çatan qədər ən gözəl şəkildə təmin etmək valideyn olaraq bizim çox mühüm vəzifəmizdir, övladlarımıza sevgi və şəfqət göstərməyimiz, təlim-tərbiyə və peşə təhsili verməyimiz də onların “Gözlərimizi nurlandıran bir nəsil” olmaları üçün çox mühümdür.

Bunları yerinə yetirən zaman övladlarımızın yalnız maddi ehtiyaclarını təmin etməklə kifayətlənməyib, mənəvi ehtiyacları olan dini təlim və tərbiyələrinə də qətiyyən laqeyd yanaşmamalıyıq. Kiçik yaşlarından etibarən başladacağımız iman, ibadət, əxlaq və sosial tərbiyələri ilə yanaşı, haram-halal, günah-savab şüurunu da inkişaf etdirməliyik.

Övladlarımızın sevgiyə, bizdən görəcəyi yaxşı nümunələrə və izahedici doğru biliklərə ehtiyacları var. Xüsusilə, dini tərbiyə və təhsillərində 12-15 yaşından əvvəlki dövrdə onların ruh/bədən inkişaflarını və hələ dini mükəlləflik dövründə olmadıqlarını da nəzərə alaraq, qüsur və xətalarını qorxuducu, ürküdücü, əmredici və dinimizdən soyudan şəkildə deyil, təşviqedici yolla ortadan qaldırmalıyıq.

Uşaqlarımızın dini etiqad və dəyərləri öyrənməsi, ehtiyacı olan bütün əxlaqi fəzilətləri, ictimai davranışları əldə etməsi, ruh və bədən cəhətdən sağlam, üstəlik, sənət və hünər sahibi insan olmaları vəzifələrimizi “vaxtında və doğru şəkildə” yerinə yetirməyimizlə çox ciddi şəkildə əlaqəlidir. Unutmamalıyıq ki, bu tərbiyə erkən yaşda veriləndə daha effektiv və səmərəli olur.

Bu vəzifələrimizi yerində və vaxtında yerinə yetirdiyimiz zaman canımız-ciyərimiz olan övladlarımızın təlim-tərbiyəsində müvəffəqiyyət qazana bilər və bizdən sonra bizə göz nuru, vətənimizə və millətimizə də faydalı bir nəsil qoyub gedə bilərik.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика