Əks axından xilas ola bilərsiniz... Qaydaları bilirsinizsə... XİLAS SXEMİ

Yay mövsümü başlayandan dənizdə batanların, həyatını itirənlərin sayı durmadan artır.

Bəs buna səbəb nədir? Ən dayaz yerdə belə insan necə bata bilir?...

Bu təbii hadisə ildə yüzlərlə can alır, ancaq çox adam bu haqda bilmir.

Yaxşı üzməyi və suda yaxşı qalmağı bacaran bir çox insan anlamır ki, məhz sahilin özündə necə batmaq olar. Xəbərlərdə tətil mövsümündə sahildə batan turistlər haqqında eşidəndə düşünürlər ki, onlar ya üzməyi bacarmırmış, ya da sərxoş vəziyyətdə imişlər. Ancaq əsil səbəb tamam başqadır.

Söhbət az məlum olan və olduqca təhlükəli prosesdən gedir. Bu prosesi çox zaman “dartıcı” və ya “əks  axın” adlandırırlar. Buna planetin bütün guşələrində rast gəlmək mümkündür – Meksika körfəzində, Qara dənizdə və ya Bali adalarında... Bu təbii hal qarşısında nəinki adi insanlar, hətta birinci dərəcəli üzgüçülər belə gücsüzdür, çünki bu zaman özlərini necə aparacaqlarını bilmirlər.

Hər şey gözlənilmədən baş verir: məsələn, siz üzərək sahildən uzaqlaşırsınız, sonra geri dönmək istəyirsiniz, ancaq dönə bilmirsiniz. Bütün gücünüzlə üzürsünüz, ancaq buna baxmayaraq görürsünüz ki, yerinizdə qalmağa davam edirsiniz və hətta daha çox sahildən uzaqlaşırsınız. Sahilə çıxmaq üçün etdiyiniz bütün cəhdlər isə uğursuz olur, gücünüz tükənir və panikaya düşməyə başlayırsınız...

Başlanğıc üçün əks axının hərəkət prinsipini dərk etmək lazımdır. Dəniz və okeanların sahilə düz bucaq altında (perpendikulyar) yönəlmiş bu tipli axınları sahilə vuran dalğaların dənizə doğru geri çəkilməsi prosesi zamanı zamanı yaranır.

Ən təhlükəli əks axınlar qum təpələri və adalarlarla əhatələnmiş, az mailli sahilə malik dayaz dənizlərdə olan axınlar hesab olunur (məsələn, Azov dənizi və s.). Belə yerlərdə su kütləsinin dənizə geri çəkilməsi zamanı qum təpələri buna əngəl yaradır. Dənizi limanla birləşdirən dar keçid üçün suyun təzyiqi xeyli artır. Nəticədə sürətli axın meydana gəlir ki, burada suyun hərəkət sürəti 2,5–3,0 m/s təşkil edir.

Sxematik olaraq bu belə görünür:


Sahilə perpendikulyar olan dənizə doğru əks axın:

Bu “dəhlizlər” dalğaların gəlməsi zamanı sahildə müxtəlif yerlərdə ortaya çıxır. Dalğalar yığılır və su kütləsini sahilə gətirir, sonra isə əks axın yaradaraq müxtəlif sürətlərlə yenidən dənizə və ya okeana qayıdır.

Adətən əks axının dəhlizi dardır: 4-5 km/saat axın sürəti ilə 2-3 metr. Bu təhlükəli deyil. Lakin eni 50 metr və uzunluğu 200-400 metr olan, 15 km/saat sürətə malik əks axınlar da yarana bilər! Belə uzunluqda əks axınlar bədbəxtlikdir, ancaq təəssüf ki mövcuddur.

Bəs bu axını necə müəyyən etmək olar ki, bu axına düşməyəsən? Bunun üçün aşağıdakı təyinedici əlamətlərə diqqət etmək lazımdır:

1. Gözlə görünən, sahilə perpendikulyar olan, qaynayan su kanalı.

2. Sahil zonasında suyu başqa rəngdə olan hissələr vardır: məsələn, bütün ətrafda su açıq mavi və yaşıla çalır, müəyyən hissə isə ağ rəngdədir.

3. Köpükləri, hansısa dəniz bitkilərini içinə alan su hissəsinin israrla sahildən dənizə doğru hərəkət etməsi.

4. Sahilə gələn dalğaların tam zolağında 5-10 metrlik boşluq olur.

Əgər təsvir olunanlardan hansınısa görürsünüzsə, hesab edin ki, bəxtiniz gətirib və sadəcə olaraq həmin yerə üzməyə getməyin. Ancaq unutmaq olmaz ki, təhlükəli, kortəbii və qəflətən yaranan əks axınların 80% -i vizual olaraq özünü büruzə vermir.

Əks axınlar sahildə yaranır. Yəni əgər siz suda hətta belinizə qədər olan dərinlikdə belə dayanmısınızsa, xüsusilə də sinəyə qədər, deməli, əks axın sizi özünə çəkə və dənizə apara bilər. Halbuki məhz elə üzməyi bilməyənlər belə edir – sadəcə olaraq dayaz yerdə suda dayanır və dənizdən həzz almağa çalışır.

Buna görə heç vaxt tək dənizə girməyin! Həmçinin qırmızı bayraqları və dənizdə xəbərdarlıq işarələrini gözardına vurmayın.

Ən vacib məqam: əks axına düşənlər özlərini necə aparmalıdır?

Əks axın zamanı davranış qaydaları:


1. Panikanın öhdəsindən gəlin! Özünüzü ələ alın, çünki əks axına düşdükdə necə davranmaq qaydalarını bilən insanlar 99% hallarda xilas olurlar.

2. Gücünüzü qoruyun! Enerji ehtiyatını itirərək bütün gücünüzlə axına qarşı üzmək lazım deyil. Sahilə doğru deyil, kənara doğru – sahilə paralel şəkildə üzmək lazımdır.Əgər əks axın dardırsa (5 metrə qədər), o zaman siz çox tezliklə onun içindən çıxacaqsınız.

3. Təhlil edin! Əgər siz qaydalara uyğun – kənara, yanlara doğru üzürsünüzsə, ancaq axından çıxmaq mümkün olmursa, deməli, əks axın enlidir (20 metr və daha çox). Bu zaman dərhal güc sərf etməyi dayandırın və panikaya düşməyin! Əks axın uzun çəkməyə bilər və artıq 3-4 dəqiqədən başa çata bilər. Bundan sonra 50–100 metr kənara üzün, sonra isə ara verərək, fasilələrlə sahilə qayıdın.

Bəzi məqamları nəzərə almaq və yadda saxlamaq önəmlidir:

1. Əks axın sizi dənizin dibinə aparmayacaq.

Bu burulğan və ya qıf deyil. Adətən əks axınlar qısa olur və suyun təkcə üst qatı yüksək sürətlə hərəkət edir, hansı ki, sahildən səth boyunca aparır, dibə doğru deyil!

2. Əks axın çox enli olmur.

Onun eni 50 metrdən artıq olmur. Bir çox hallarda cəmi 10–20 metr təşkil edir. Nəticədə 20-30 metr sahilə paralel üzərək görəcəksiniz ki, artıq axından çıxmısınız.

3. Əks axının uzunluğu məhduddur.

Axın olduqca tez zəifləyir və dalğalar pik nöqtəsinə çatdığı və dağılmağa başladığı an “dartıcı” öz gücünü itirir. Sörf jarqonunda bu yer “line up” adlanır. Gələn dalğaları fəth etməyə hazırlaşan bütün sörfinqçilər elə məhz həmin nöqtədə toplanır. Adətən bu hissə sahildən 100 metrdən uzaqda yerləşmir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...

 


Яндекс.Метрика