Çay sevənlərin diqqətinə - Artıq içmək bu xəstəliklərə səbəb olur...

Araşdırmalarla sübut edilib ki, qara çayın gün ərzində müəyyən miqdarda qəbulu orqanizmə xeyirdir. Ancaq aşırı istifadə etdikdə ziyan verir.

Sağlamolun.az bu dəfə qara çayın insan orqanizminə ziyanlarını təqdim edir:

- Çayın həddindən artıq istehlakı nəticəsində yüksək təzyiq, əllərin titrəməsi, yuxusuzluq və baş ağrısı ortaya çıxır.
- Həmçinin sinir sistemində narazılıqlara, əsəb pozğunluğuna, gərginliyə, həyəcana səbəb olur.
- Mədə turşu ifrazını artırır, qastrit və ya xora kimi mədə narahatlıqlarına səbəb olur.
- Tərkibində yüksək səviyyədə olacağını olduğuna görə böyrəklərdə qum və ya daş olanlar üçün çayın çox istehlak edilməsi həkimlər tərəfindən tövsiyə edilmir.
- Həddindən artıq çay istehlakı həmçinin dəmli içməyi sevənlər üçün daha təhlükəli nəticələrə yol açır. Bunlardan biri də hipertoniyadır.
- Həddindən artıq istehlak edilən çay dişlərin sararmasına və dişlərdə ləkələrin yaranmasına səbəb olur.
- Qara çayın çox miqdarda istehlakı və çox isti içmək boğaz xərçəngi riskini də artırır.
- Revmatik narahatlıqları olan insanlar üzərində də bir çox mənfi təsirləri var.
 
- Xüsusilə yemək əsnasında istehlak edilən çay çox daha qısa müddətdə sağlamlığımıza mənfi təsir göstərir.

Saglamolun.Az