Загрузка...

Qara ciyərinizin sağlam olduğunu TESTLƏ yoxlayın

Qara ciyər orqanizmin ən vacib orqanlarından biridir.

Qara ciyər müxtəlif və çox önəmli funksiyaları yerinə yetirir. Qara ciyər özü-özü bərpa etmək qabiliyyətinə malik olan çox möhkəm və dözümlü orqandır. Lakin sağlam olmayan qidalanma, pis vərdişlər (siqaret çəkmək, spirtli içkilərin qəbulu), dərman preparatlarının nəzarətsiz qəbulu və s. amillər qara ciyərdə pozulmaların inkişafına təkan verir.

Təəssüf ki, qara ciyər xəstəliklərinin əsas və görünən simptomları yalnız bu xəstəliklərin daha gecikmiş mərhələlərində meydana çıxır. İlk simptomları isə çox cüzi olur və bir çox hallarda insan bu simptomları qara ciyərdə olan pozulmalarla əlaqələndirmir. Nəticədə qiymətli vaxt itkisi baş verir.

Qara ciyərin sağlamlığını yoxlamaq istəyirsinizsə, bu testi keçin.

1. Son vaxtlar siz səbəbsiz yorğunluq hiss edirsiniz, adi işləri yerinə yetirdikdə daha tez yorulursunuz?

2. Sizdə səbəbsiz halsızlıq, zəiflik olur?

3. İştahanın səbəbsiz azalmasını hiss edirsiniz?

4. Sizi səbəbsiz ürəkbulanması narahat edir?

5. Bəzən sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi olur?

6. Dilinizdə sarı ərp olur?

7. Ağzınızda acı tam olur?

8. Son vaxtlar yağlı qidaların qəbulundan sonra həzmdə pozulmalar yaranır?

9. Son zamanlar dərinizin və saçlarınızın vəziyyəti pisləşib?

10. Son vaxtlar sizdə səbəbsiz əsəbilik, yuxusuzluq olur?

Əgər siz 3 və bundan artıq sualla "hə" cavabı vermisinizsə, həkimə müraciət edin.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика