Əyilən təkcə onurğa deyil!!!

Statistikaya əsasən hər məktəblinin 2-3 dən biri skolioz, kifoz və ya kifoskolioz kimi qamət pozulmasından əziyyət çəkir.

Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Bu xüsusilə buraxılış sinif şagirdlərində rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir. Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır.

Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda  bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almırlar. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin assimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.

Skolioz vaxtında  müalicə olunmazsa, yaş artdıqca:

- fəqərəarası disk problemləri (protruziya, disk yırtıqları)

- ürək problemləri (taxikardiya, bradikardiya və digər aritmiyalar, ürək nahiyəsində ağrılar)

- ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri )

- süd vəzi problemləri (süd vəzi ölçülərində fərq)

- mədə bağırsaq problemləri (disbakterioz, kolit və s.)

- diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik)

- əzələ ağrıları

- daimi yorğunluq kimi halların yaranmasını müşahidə edəcək və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparmalı olacaqsınız.

Skoliozun son zamanlar tez-tez rast gəlməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir. Əvvəllər istifadə olunan korsetlər, kobud manual terapevtik müdaxilələr və s. kimi bir çox müalicə üsulları çoxdan öz effektini itirmişlər. Bioloji tənzimləyici təbabətdə orqanizmin öz təbii korseti yəni əzələ aparatının inkişaf etdirilməsinə yönəlmiş müalicə üsullarına üstünlük verilir.

Skoliozun müalicəsində osteopatiya, akupunktura, homeosiniatriya və müasir fizioterapevtik proseduralar istifadə olunur. Müalicə zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir. Osteopatik proseduralarla orqanizmin anatomik struktural balansı bərpa olunur. Blokda olan fəqəqərələr ən zərərsiz osteopatik üsullarla normal vəziyyətə qaytarılır. Orqanizmin bütün toxumalarını əhatə edən fassiya və bağ aparatı, diafraqmadakı gərginliklər aradan qaldırılır. Akupunktura üsulu ilə daxili orqanların da işini yaxşılaşdırmaqla daha davamlı effekt əldə olunur. Xüsusi texnologiyalarla hazırlanmış bioloji tənzimləyici preparatlarla toxumaların fizioloji funksiyaları bərpa olunur. Məsələn Calcoheel, Osteheel preparatları sümükdaxili gərginlik zonalarının aradan qaldırılması yolu ilə sümüklərdəki deformasiyaların geri sorulmasını təmin edir.

Bioloji tənzimləyici təbabətdə yenidoğulmuşlardan yetkinlərə kimi istifadə oluna biləcək zərərsiz müalicə  və profilaktika üsulları istifadə olunur. Unutmayın ki, profilaktika müalicədən daha üstündür.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

 

 

.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...