Ofisdə süni intellektdən istifadə edən işçilər BUNLARDAN ƏZİYYƏT ÇƏKİR

"Süni intellekt sistemlərindəki sürətli irəliləyişlər iş yerini yenidən formalaşdıran yeni sənaye inqilabına təkan verir"

Bir qrup tədqiqatçı süni intellektin iş yerlərində fərdlərin psixologiyasına təsirini üzə çıxarıb. Tapıntılar süni intellektin psixi qeyri-sabitliyi artırdığını göstərir.

“Journal of Applied Psychology” jurnalında dərc edilən araşdırmada, işdə müntəzəm olaraq süni intellektdən istifadə edən şəxslərin daha çox tənhalıq və yuxusuzluq yaşadıqları ifadə edilib. Həmin şəxslərin daha çox içdikləri də aşkarlanıb.

Süni intellekt insanların kommunikasiya ehtiyacını azaldır. Tədqiqatçılar tənhalıq hissinin bundan qaynaqlandığını düşünürlər.

Məqalədə deyilir ki, "Süni intellektlə daha tez-tez qarşılıqlı əlaqədə olmaq işçilərin sosial cəhətdən bir-birindən uzaqlaşmasına səbəb ola bilər. Bu, təklik hisslərini artırır."

Tədqiqat ABŞ, Tayvan, İndoneziya və Malayziyada aparılan 4 təcrübə əsasında aparılıb. İşçilər əvvəlcə iki qrupa bölünüblər. Birinci qrupa üç gün ərzində süni intellektdən istifadə etməmək tövsiyə edilib. İkinci qrup isə gündəlik müntəzəm olaraq süni intellektdən istifadə ediblər.

"İnsanlar sosial heyvanlardır və süni sistemlərlə işləməyin təcrid edilməsi işçilərin şəxsi həyatına mənfi təsir göstərə bilər",-deyə tədqiqatın aparıcı müəllifi olan Tanq əlavə edib.

Digər tərəfdən, tədqiqatçılar süni intellekt sistemləri ilə işləməyin bəzi faydaları ola biləcəyini də qeyd ediblər.

Məsələn, müəyyən edilib ki, süni intellekt sistemlərindən istifadə edən işçilər həmkarlarına daha çox kömək edirlər.

Bununla belə, mütəxəssislər hesab edir ki, bu da təklik və sosial təmas ehtiyacından qaynaqlanır.

 

medicalmedia.az 

Saglamolun.Az