Saç mezoterapiyasında son yenilik: Biopeptid texnologiyası!

Yeni nəsil mezoterapiya kokteyllərində artıq təkcə vitamin və minerallar deyil, bioaktiv peptidlər, hüceyrə siqnal molekulları və stemcell ekstraktları da istifadə olunur.

Bu barədə Trixoloq Aytəkin Quliyeva sağlamolun.az saytına məlumat verib.

Həkim bildirib ki, aşağıdakı maddələr saç follikullarına hədəfli təsir göstərərək:

- Anagen (uzanma) fazasını uzadır,
- DHT təsirini azaldır (androgen alopesiyada),
- Yeni tük çıxışını stimullaşdırır,
- Saçın strukturunu möhkəmləndirir.

Aytəkin Quliyeva həmçinin qeyd edib ki, bəzi protokollarda artıq nanotexnologiyalı mezoterapiya tətbiq olunur – bu, dərialtı yayılmanı artıraraq effekti daha da gücləndirir.

Bu yeni metodlar daha az seansla daha tez görünən nəticə və daha dayanıqlı effekt vəd edir,  deyə trixoloq vurğulayıb.

Saglamolun.Az