Keçmiş sevgilini unutmaq nə qədər vaxt aparır?

 

ARAŞDIRMA

Keçmiş sevgilini unutmaq 8 il vaxt aparır. Bu barədə "Social Psychological and Personality Science" nəşrində dərc edilmiş araşdırmada qeyd olunur.
İnsanın keçmiş sevgilisinə bağlılığın keçməsi üçün nə qədər vaxt tələb olunduğunu öyrənmək məqsədilə aparılan araşdırmaya 300-dən çox insan cəlb edilib.
Tədqiqatın nəticələrinə görə, iştirakçıların keçmiş sevgililərinə bağlılığı orta hesabla 4.18 ildən sonra iki dəfə azalır. Başqa sözlə, keçmiş sevgilini tamamilə unutmaq təxminən səkkiz il çəkə bilər.
Əksər hallarda bu səkkizillik müddət əsasən iki amillə bağlı olur: bağlılıq tərzi və keçmiş sevgili ilə davamlı ünsiyyət.

Saglamolun.Az