Fikriyyə İbrahimli, həkim-terapevt, Azərbaycan Tibb Universiteti, professor
2001-ci ildə identifikasiya edilmiş insan metapnevmovirusu (HMPV) insanlarda yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarına səbəb olur. Bu virus bütün dünyada körpələrdə və uşaqlarda tənəffüs xəstəliklərinin əsas səbəbidir. Bu patogen ilk növbədə kiçik uşaqlara təsir etsə də, yaşlı insanlar və immuniteti zəif olan insanlar da ciddi şəkildə zədələyə bilər. Virus astma üçün də trigger ola bilər. Tədqiqatlar göstərir ki, ilkin yoluxma 5 yaşından əvvəl baş verir, və sonra insanlar bütün həyatı boyu təkrar yoluxurlar. HMPV-nin dörd alt qrupu, ildən-ilə dəyişərək, rast gəlinir və bir alt qrupla yoluxma müəyyən seroloji çarpaz qorunmanı təmin edir. Bununla belə, bu günə qədər HMPV-nin müalicəsi və ya peyvəndləməsi üçün xüsusi antiviral dərman yoxdur.
Tibbi və elmi qurumların qarşısında duran əsas problemlər - HMPV xəstəliyinin patogenezini anlamaq və infeksiya və xəstəlikdən qorunmaq üçün təhlükəsiz və effektiv peyvəndin hazırlanmasıdır. Məlumdur ki, HMPV ilə yoluxduqdan sonra, sahibin anadangəlmə müdafiə qüvvələri bu yoluxucu xəstəliyi məhdudlaşdırmaq üçün vacib olan interferonlar istehsal edir.
Bu yoluxucu xəstəliyin qarşısını almaq üçün bu gün nə tövsiyə oluna bilər?
Birincisi, infeksiyanın qarşısını almaq üçün sanitar-gigiyenik qaydalara riayət etmək - əlləri tez-tez sabunla yumaq, öskürərkən və ya asqırarkən ağzı və burnu dirsəklə örtmək, digər insanlarla məsafə saxlamaq (sosial məsafə saxlamaq), ictimai yerlərdə qoruyucu maska taxmaq, səthləri dezinfeksiya etmək, otaqlarda havanın ventilyasiya və filtrasiyasını təmin etmək, həmçinin, yoluxduğundan şübhələnən insanlar üçün monitorinq və özünüizolyasiya;
İkincisi, Çində COVID-19 pandemiyası zamanı virus infeksiyalı xəstələrin müalicə təcrübəsi yüksəkdozalı vitamin C – Pascorbin-dən istifadənin effektivliyini göstərdi. Azərbaycanda
da virus infeksiyalarının, o cümlədən koronavirusun müalicə və profilaktikasında bu dərmanın tətbiqi üzrə kifayət qədər təcrübə var. Profilaktik məqsədlə immun sistemini gücləndirmək üçün buvitamin aşağıdakı sxemə uyğun olaraq istifadə edilməlidir:
12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə:
Pascorbin 7.5 gr 50 ml + NaCl 100 ml – venadaxili damcı üsulu ilə günaşırı N3-5
12 yaşdan aşağı uşaqlara: C vitamini tablet və ya damcı formalarında istifadə etmək lazımdır
Həmçinin, interferonun sintezini artırmaq üçün aşağıdakı sxemə uyğun olaraq Engystol və Grippheel preparatları qəbul edilməlidir:
Böyüklər: hərəsindən bir tablet gündə 3 dəfə dilatı yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra
Uşaqlar: 3 yaşdan aşağı – hərəsindən yarım tablet gündə 3 dəfə dilatı yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra
3 yaşdan yuxarı: hərəsindən 1 tablet gündə 3 dəfə dilatı yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra
Saglamolun.Az