Qucaqlaşmaq sağlamlığınıza xeyirdir...

Hər birimiz gündəlik həyatımızda  bir çox xoş təəssüratlarla qarşılaşırıq.

Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki hər birimizə  müsbət təsir göstərir. Bunun  isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir.

Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar  gündəlik qucaqlaşmanın,  orqanizmin  infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini  və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.

Bu kimyəvi reaksiya  həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə apararır və depressiya simptomlarını azlatma gücünə malikdir.

Eyni zamanda karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun sayını azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət  təsirindən  xəbər verir.

Həmçinin  xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan "endorfini"  istehsal edir. Qucaqlaşdıqda insan özünü  yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini  və nəfəsi tənzimləyir. Bundan əlavə proses zamanı  beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə  immun sistemə müsbət təsir göstərmiş olur.

Saglamolun.Az