GƏNC QIZ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
Gənc qızın mağazadan aldığı suxarinin içindən ölü siçan çıxıb.
Gürcüstanın Rustavi şəhər sakini İzabela Çaliqava
“Qvirila” mağazalar şəbəkəsindən aldığı “Suxari”nin içindən
siçan başının çıxdığını bildirib. Qız dərhal xəstəxanaya yerləşdirilib,
onun vəziyyəti hazırda yaxşı olsa da müşahidə altında saxlanılır.
“Əvvəlcə suxarini yeməyə başladım, hər şey yaxşı idi.
Ortasına çatanda, içində siçan başı olduğunu aşkar etdim.
Bunu təsəvvür edə bilməzdim. Daha sonra xəstəxanaya yerləşdirildim” - deyə İzabella bildirib.
Qeyd edək ki, “Tasty Snacks” idxalçı şirkəti məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Mağaza rəhbərliyi isə, satılan məhsulun içərisində nə olduğunu bilmədiklərini deyib.
Saglamolun.Az