Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

Vitamin və minerallar orqanizmdə olduqca böyük rol oynayır, müxtəlif vacib proseslərdə iştirak edir.

Nəticədə onların kəskin çatışmazlığı müxtəlif ciddi pozulmalara səbəb olur. Bu pozulmalar arasında - immun sisteminin zəifləməsi, ürək-damar, sinir, endokrin sistemində pozulmalar, qanazlığı, dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi və s.

Vitamin və mineralların əsas hissəsi orqanizmdə toplanmır və bu o deməkdir ki, insan onları daim qəbul etdiyi qidadan almalıdır.

Yazda bir çox insanlar vitamin və mineral çatışmazlığından əziyyət çəkir.

Bu pozulmanın əsas simptomları bunlardır:

- Daim yorğunluq, əsəbilik, yaddaşın və diqqətin azalması

- Damaqların qanaması

- Dodaqların qıraqlarında çatların əmələ gəlməsi

- Üz dərisinin quru və solğun olması, qabıq vermə, sızanaqlar, furunkullar

- Gecə vaxtı yuxusuzluq, günorta vaxtı yuxululuq

- Saçların güclü tökülməsi

- Tez-tez təkrarlanan soyuqdəymələr.

Sizdə sadaladığımız simptomlardan 3-4 varsa, bu orqanizminizdə vitamin və mineral çatışmazlığından xəbər verə bilər. Bu halda terapevtin müayinəsindən keçmək lazımdır. Lazım olduqda terapevt sizə vitamin-mineral kompleksi təyin edə bilər.

Saglamolun.Az