Ürək və böyrək xəstələri mütləq ÜZÜM YEMƏLİDİR

Çox zəngin kimyəvi tərkibə malik olan üzüm olduqca faydalı meyvədir. Onun tərkibində orqanik turşular, vitaminlər (A, C, B6), fol turşusu, antioksidantlar, minerallar (sink, dəmir, mis, kalium, maqnezium) və s. faydalı maddələr var.

Üzüm ürək-damar sistemi üçün ən faydalı meyvələrdən biri sayılır. Üzüm ürəyin fəaliyyətini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlmə riskini azaldır, damarları genişləndirir, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qanazlığı zamanı kömək edir. Ürək üçün qara üzüm daha faydalıdır. Ümumiyyətlə üzümün tünd növləri insan sağlamlığı üçün ağ üzümlə müqayisədə daha faydalı sayılır.

Saglamolun.az bildirir ki, üzüm qaraciyəri çox yaxşı təmizləyir, fəaliyyətini yaxşılaşdırır, möhkəmləndirir.

Üzüm flavonoid maddələrlə çox zəngindir. Bu maddələr güclü antiokidantlardır - orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafının riskini azaldır.

Sidikqovucu təsirə malik olan üzüm böyrəklərin sağlamlığını qoruyur.

Üzüm sinir sisteminə də çox müsbət təsir edir - sinir gərginliyini və yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Üzüm ağciyərlərin və nəfəs yollarının vəziyyətini yaxşılaşdırır. Bu səbəbdən üzüm nəfəsalma sistemində problemləri olan və həmçinin siqaret çəkən insanlar üçün də çox faydalıdır.

Üzüm immun sistemini möhkəmləndirir, infeksiyalara qarşı davamlılığını artırır.

Üzüm yedikdə çəyirdəkləri atmayın, onları çeynəyib udun. Sübut olunub ki, üzüm çəyirdəklərinin tərkibində olan maddələr xərçəngəleyhinə təsirə malikdir.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика