Xətai rayonunda güclü yanğın: Xəzər TV-də təxliyə başladı

"Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub".

Bu barədə TƏBİB-dən "Report"a bildirilib.

Qeyd olunub ki, hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Saglamolun.Az