Uşaqlarda göbək yırtıqları. Tez-tez verilən sualları həkim cavablandırır

Göbək yırtığı uşaqlar arasında kifayət qədər yayılmış pozulmadır.

Sizə göbək yırtıqları ilə bağlı ən tez-tez verilən sualların cavablarını təqdim edirik.

1. Uşaqlarda göbək yırtığı necə əmələ gəlir-səbəbləri nələrdir ?

Uşaqlarda göbək yırtığının yaranma səbəbi hamiləlik dövründə qarının ön divarındaki toxumaların göbək ətrafında tam olaraq birləşməməsidir. Nəticədə açıq qalan defektdən yırtıq əmələ gəlir.

Vaxtında doğulan uşaqların 20-25%-də kiçik də olsa göbək yırtığı vardır. Yarımçıq doğulan və xüsusi ilə çəkisi 1500 qramdan az olan uşaqların isə təxminən 70-75%-i göbək yırtığı ilə dünyaya gəlirlər.

Yaranma səbəbləri arasında az da olsa xromosom xəstəlikləri (Down sindiromu, Beckwith Wiedemann sindiromu və s.) və tiroidin (qalxanabənzər vəz) anadangəlmə xəstəlikləri də vardır.

2. Diaqnozu necə qoyulur ?

Adətən göbək düşdükdən sonra,  uşaq ağladığı zaman göbək nahiyyəsindən qabaran şişliyin görünməsi ilə diaqnozu qoyulur. Deffektin ölçüsünü təyin etmək üçün Ultrasəs muayinəsi edilməlidir.

3. Qasıq yırtıqları kimi boğulma təhlükəsi varmı?

Xeyir, göbək yırtıqlarında boğulma risqi çox azdır-0.7-1 %-dir. Yırtıq möhtəviyyatı isə bağırsaqlar və piylik olur.

4. Əməliyyat edilməzsə öz-özündən bağlana bilərmi ?

Göbək yırtıqlarında iki yanaşma şəkli var:

1-ci əməliyyat etmədən izləmək.

2-ci əməliyyat etmək.

Uşaqlarda  göbək yırtıqları 4-5 yaşına qədər və heç bir müdaxilə etmədən öz-özlüyündən bağlana bilər. Təqribən 70%-i ilk bir il içərisində öz-özündən qapanır.  Ancaq bu hal bütün göbək yırtıqlarına şamil edilə bilməz.

5. Bəs hansı hallarda mütləq əməliyyat edilməlidir ?

Göbək yırtıqlarında əməliyyat qərarı əsasən defektin ölçüsünə görə verilir. Əgər göbək yırtığının boylama ölçüsü 2.5 sm-dən genişdirsə 2 yaşına qədər izləyib əməliyyat etmək lazımdır, çünki defekt geniş olduğu üçün öz-özündən bağlanma ehtimalı demək olar ki, yoxdur.

4 yaşında bir uşaqda göbək defektinin ölçüsü 1.5 sm-dən böyükdürsə mütləq əməliyyat edilməlidir. 1.5 sm-dən kiçikdirsə yeniyetmə dövrünə qədər izlənilə bilər.

Göbək yırtıqları boğularsa, öncə reduksiya etməyə çalışılmalıdır. Əgər reduksiya olarsa planlı şəkildə, olmazsa - təcili olaraq əməliyyat edilməlidir. 

6. Göbəyin üzərini bağlamağın, metal əşya (qəpik) qoymağın faydası varmı ?

Əlbəttə ki, xeyir. Bu tip müdaxilələrin defektin bağlanmasında heç bir faydası olmaz. Tam əksinə dərini zədələyərək bağırsaqların qarın boşluğundan dəri səthinə çıxmasına səbəb ola bilər.

 7. Əməliyyat necə aparılır ?

Əməliyyat ümumi anesteziya (narkoz) ilə icra edilir. Göbək nahiyyəsində kiçik bir kəsik edilməklə deffekt bağlanılır və xəstə eyni gün içərisində evə göndərilir.

Vüsal Cəfərov
Uşaq cərrahı və uşaq uroloqu

 

 

.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...

 


Яндекс.Метрика