Süni intellektə görə 85 milyon insan iş yerini itirəcək - Sahil Babayev

 

“Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var”.

Sağlamolun.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, insan potensialının dövrün tələblərinə uyğunlaşdırılması dövlət üçün əsas hədəfdir: 

"Müasir dövrün tələblərinə uyğun olaraq mövcud olan peşələr, standar və kvalifikasiyalara dair yeni tələblər ortaya çıxır. Yaxın 10 illik dövrdə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək. Bunun əksində isə 97 milyon yeni səriştələr tələb edən yeni iş yerləri açılacaq".

Saglamolun.Az