Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə dünyanın tanınmış həkimlərinin Azərbaycana gəlməsi artıq bir ənənə halını alıb. Ölkəmizin növbəti həkim qonağı İsveçrənin "Alpstein" Klinikasının baş həkimi və tibbi direktoru Dr. Ralf Oettmeierdir. Doktor Ralf yerli həkimlərimiz qarşısında “Bağırsaq keçiriciliyinin yüksəlməsi - xroniki sistemli iltihabın yaranması və onun Sanum terapiya ilə müalicəsi” mövzusu ilə çıxış edəcək.
İyulun 6-da nəzərdə tutulan seminar "Grand Hotel Europe" (Avropa Oteli) otelinin tədbir zalında keçiriləcək.
Tədbirin təşkilatçısı "İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi", sponsorları isə "Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi", "AFGEN" Genetik Laboratoriyası və "Planeta Apteklər Şəbəkəsi"dir.
Müalicə və diaqnostikada ən son elmi nailiyyətlərin müzakirəsində yaxından iştirak etmək, yeni fikir və yanaşmalarla tanış olmaq, İnteqrativ Təbabətlə müalicənin faydaları barədə ətraflı məlumat almaq istəyən həkimlərə doktor Ralf Oettmeyerin seminarı geniş imkanlar yaradacaq.
Almaniyanın SANUM-Kehlbeck Gmbh&Co. KG əczaçılıq şirkətinin icraçı direktoru Ulrich Kehlbeck də iyulun 6-da olacaq seminarda maraqlı mövzu ilə çıxış edəcək. O, “Sanum Kehlbeck: faktlar və tədqiqatlar” mövzusundakı çıxışı ilə bağırsaq xəstəliklərinin müalicəsində Sanum terapiyanın effektli nəticələri barədə faktları seminar iştirakçılarının nəzərinə çatdıracaq.
Qeydiyyat üçün:
https://forms.gle/DY1EzKxvagRgNSDB6
Saglamolun.Az