Azərbaycanda bu gün 1 milyon insan zəhərləndi - Bu səbəbə görə!

İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir. Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür.

Sağlamolun.az xəbər verir ki, Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.

2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,8 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,4 faizi, 20-44 yaşlı kişilərin 27 faizi siqaret çəkir.

Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,2 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 30,8 olub.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.

Saglamolun.Az