Загрузка...

Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir.

Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

Ailem.az bununla bağlı mütəxəssisin fikirlərini təqdim edir.

Həkim bildirib ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: “Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var - mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi”.

Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: “Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə - cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur”.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика