Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov aprelin 5-də saat 14:30-da “Yeniyetmə dövründə oğlan uşaqlarında uroloji orqanların inkişafı” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi “Facebook” səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
Sualları canlı yayım vaxtı və yaxud əvvəlcədən Mərkəzi Gömrük Hospitalının feysbuk səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.
Qeyd edək ki, Dr.Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. O, 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır.
V.Cəfərov dünya mətbuatını mütəmadi şəkildə izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Onun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 2019-cu il oktyabrın 12-də “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının onlayn versiyasında ingilis dilində dərc edilib. O, Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.
Saglamolun.Az