Hamilələrin ortaq dərdi: qəbizlikdən necə qurtulmalı?

Sirr deyil ki, hamiləlik dövründə qəbizlik tez-tez yaşanan haldır.

Qış aylarında hərəkət azaldığından bu şikayətlər daha çox artır.

Milli.az xəbər verir ki, hamiləlik zamanı qəbizliklə rastlaşmamaq üçün gündə təxminən 1,5-2 litr maye qəbul etmək lazımdır (təbii ki, buna əks-göstərişlər olmadığı halda).

Hər yemək zamanı bişmiş tərəvəz və salat yeyilməli, yemək aralarında meyvə, meyvə kompotları içə bilərsiniz. Qəbizliyə quru ərik, qaysı, əncir və kişmiş də kömək edir.

Meyvələrin əzməsini də yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik zamanı kömək edir. Meyvə suları tərkibində liflər olmadığından qəbizlikdən xilas etmir.

Bununla yanaşı, quru paxlalılar (noxud, lobya, mərci), tam taxıllı çörəklər, yulaf əzməsi də yeməyiniz məsləhətdir.

Hamiləlikdə qatıq və kefir də faydalıdır. Bu məhsullar bağırsaqların mikroflorasını yaxşılaşdırır ki, bu da qəbizliyin qarşısını almağa yardım edir.

Kefir tərkibindəki probiotik bakteriyalar sayəsində bağırsaqda xəstəlik yaradan bakteriyaların yox olmasına şərait yaradır. Beləliklə də, bir çox xəstəliklərə qarşı qoruyucu təsiri var. Qatıq və kefir antioksidant xüsusiyyəti sayəsində infeksiyalara qarşı immunitetin artmasına da imkan yaradır.

Qəbizliyin ən effektli profilatikası hərəkətdir. Azhərəkətli insanın bağırsaqları da "tənbəlləşir" və pis işləməyə başlayır.

Saglamolun.Az




loading...

KESAR ƏMƏLİYYATI YOXSA TƏBİİ DOĞUŞ?

 


Яндекс.Метрика