Abiturientlərdə imtahanöncəsi stress

Yaxınlaşan imtahan bəzi abituriyentlərdə stressin yaranmasına gətirib çıxarır.

Yaranmış stress vəziyyəti şagirdlərin müvəffəqiyyət göstəricisini aşağı salır. Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir. Lakin həddindən artıq olan narahatlıq abituriyentlərin imtahanda aşağı nəticə göstərməsinə səbəb olur.

İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu hər bir şəxsdə fərqli olur. Ümumi halda isə aşağıdakı kimidir. Fiziki olaraq tərləmə, yorğunluq, qarın ağrısı, baş ağrısı, yuxusuzluq, iştahsızlıq (həddən artıq iştah), baş fırlanması, ürekbulanması, qusma, əzələlərde gərginlik hissi və dişləri sıxma kimi hallarla özünü göstərir. Bununla yanaşı unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünə qapanma kimi psixoloji hallarlada müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan inam azalır.

Bəzən abituriyentlər imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi sayırlar. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu beyinin dincəlməsinə yardım edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun. Bu sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Bu zaman dərs çalışmaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən 5 duyğu üzvünüzdən istifadə daha asan öyrənmənizlə nəticələnəcəkdir.

İmtahan ərəfəsində qidalanmanıza diqqət edin, bəzi hallarda stress iştahsızlıq ya da həddindən artıq iştah yarada bilər. Bəslənmə nizamınızda dəyişiklik etmək məqsədə uyğun deyildir. İmtahan əvvəli vərdiş etmədiyiniz yeməkləri yeməyin. İmtahandan əvvəlki gün bir şey yemək istəməsəniz də mədənizi boş buraxmayın. Yüngül bir qida qəbul edin.

İmtahandan əvvəlki gün yatmaqda çətinlik çəkə bilərsiniz, lakin sırf imtahan olacaq deyə daha erkən yatmağa çalışmayın, bu sizi daha da narahat edə bilər. Adi günlərdə neçə saat yuxu sizə kifayət edirsə, o qədər yatın. Əgər yuxuya gedə bilmirsinizsə, imtahanın yaxşı olacağını xəyalınızda canlandırın. Müsbət düşünmək qayğının azalması üçün çox əhəmiyyətlidir.

İmtahan yeri bəlli olduğu zaman gedib oranı görmək sizi sakitləşdirə bilər. İmtahan günü keçiriləcəyi yerə nə çox erkən gedin, nə də gecikin. İmtahan sahəsinə çox erkən gedərək imtahan haqqında digər abituriyentlərlə danışmaq, şərhlər etmək, təxminlər icra etmək qayğını artıra bilər, bundan qaçınmaq lazımdır. İmtahan otağına getdiyiniz zaman yerinizdə rahat olmağa çalışın.Otağın aurasını mənimsəmək sizi daha da sakitləşdirəcəkdir.

İmtahan zamanı, imtahandan əvvəl üçün peşmançılıq duymaq, imtahan sonrasına görə üzülmək siz heç bir fayda vermeyecek,əksinə diqqətinizin dağılmasına gətirəcəkdir. Buna görə imtahan vaxtı yalnız və yalnız sualları cavablandırmağa çalışın. Cavabladığınız hər bir sualın sizi hədəfinizə bir addım daha yaxınlaşdırdığını düşünün. Hər şeyi unutduğunuzu hiss etsəniz, imtahana bir müddət ara verib özünüzə zaman tanıyın. Fokuslana bilmək üçün kağızın küncünə fərdi məlumatlarınızı yaza bilərsiniz. Təkrar diqqətinizi topladığınızda suallara geri dönün.

İmtahanın dünyanın sonu olmadığını unutmayın! Həyat boyu giriləcək bir çox imtahan var və heç bir imtahan dünyanın sonu deyil.

Xanım Hüseynova

Bakı Dövlət Üniversiteti, Sosial Elmlər və Psixologiya Fakultəsi tələbəsi

Dushunce.az


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика