Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir – FOTO

Az öncə Ermənistan ordusunun sərhədimizə qoşun yığması barədə yayılan məlumat və videonu erməni kanalları dolayısı ilə təsdiqləyib.

 "Erməni Hərbi Portalı" Teleqram kanalı görüntülərin Arazdəyən istiqamətində qeydə alındığını bildirib.

Qoşunların və zirehli texnikanın Arazdəyəndən keçərək Naxçıvanın işğal altında olan Kərki kəndinə doğru hərəkəti görünür.

Erməni kanalı iddia edilib ki, guya birinci videoda qoşunların adi rotasiyası, ikincidə isə "sürücülərin təlimi"dir və heç də sərhədə qoşun yığılmır.

Qeyd edək ki, "sürücülərin təlimi" zamanı hərbi maşınlarda niyə əsgərlərin daşındığına aydınlıq gətirilməyib. Və ümumiyyətlə, "sürücülərin təlimi" niyə kütləvi, qoşqulu artilleriyanın və əsgərlərin daşınması ilə məhz sərhəddə həyata keçirilməlidir?

Halbuki "qoşunların yerdəyişməsi" və "təlim" adı ilə tanklar da daxil olmaqla, qoşqulu hərbi yük maşınlarının sərhədimizə doğru irəliləməsi açıq-aydındır.

***

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir.

Saglamolun.Az