Ağcaqanadlardan təbii qorunma yolları

Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın mümkün olduğunu bilirsinizmi?

Axşam.az xəbər verir ki, bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz.

Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə mixəklər yerləşdirin.

Kiçik qan əmicilər bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək. Bundan əlavə, onlar lavanta, portağal ətrini də sevmir. Bədəninizi bu bitkilərin losyonu ilə masaj etsəniz, özünüzü qorumuş olacaqsız.

Ağcaqanadları qovan müxtəlif kimyəvi vasitələr effektli olsalar da sağlamlığa ziyan vurur. Xüsusilə bu kiçik yaşlı uşaqlar, allergiyadan və nəfəsalma xəstəliklərindən əziyyət çəkən insanlara aiddir. Bu səbəbdən mümkün qədər təbii vasitələrə üstünlük verin.

Əgər artıq ağcaqanadların "hücum"una məruz qalmısınızsa, banan qabığını həmin hissəyə sürtməklə qaşıntı və şişkinliyi azalda bilərsiniz. Nanə və evkalipt yağları da narahatçılığı aradan qaldırır.



loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...

 


Яндекс.Метрика