Əməkdar artist xəstəxanaya yerləşdirildi, danışa bilmir

Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.

Sağlamolun.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.

Ona işemik insult diaqnozu qoyulub. Əməkdar artist danışa bilmir.

Qeyd edək ki, Gəncəli (Məmmədova) Kifayət İslam qızı 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifaları var. 2007-ci ildə müğənni Əməkdar artist fəxri adına layiq görülüb.

Fidan Hacızadə

Saglamolun.Az