Xalq yazıçı xəstəxanaya yerləşdirildi - BU SƏBƏBDƏN

“Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır”.

Saglamolun.az xəbər verir ki, nasir ötən gündən xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd saglamolun.az-a açıqlamasında məlumatı təsdiqləyib:

“Xalq yazıçısı Mövlüd Süleymanlı beyininə qan sızma (insult) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabildir. Onun klinikada müalicəsi xüsusi nəzarət altında aparılır”.

Saglamolun.Az