Dövlət başçılarının əksəriyyəti sağlam həyat tərzinə üstünlük verirlər. Ciddi nəzarətdə saxlanılan qida rasionundan əlavə siyasi liderlərin xoşladığı yeməklər də var.
Sağlamolun.az prezidentlərin ən sevdiyi yeməkləri təqdim edir:
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev:
Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev illər əvvəl Rusiyanın TASS informasiya agentliyinin direktoru Mixail Qusmana verdiyi müsahibədə bildirib ki, Azərbaycan mətbəxindən dadlı mətbəx yoxdur:
“Düşünürəm ki, hər xalqın nümayəndəsi öz mətbəxini sevir. Mən də istisna deyiləm. Azərbaycan mətbəxindən ən sevdiyim xörəklərə gəlincə, deyim ki, hamısını sevirəm. Lakin ən çox həyat yoldaşım Mehriban xanımın hazırladıqlarını sevirəm. O, bu sahədə çox yaxşı mütəxəssisdir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:
Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı Cüneyt Asan müsahibələrinin birində belə deyib:
- Sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin:
O, öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin hədsiz dərəcədə dondurma həvəskarıdır. Ən çox sevdiyi içki isə yaşıl çaydır.
Belarus prezidenti Aleksandr Lukaşenko:
O da milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur. Lukaşenkonun bununla bağlı tez-tez işlətdiyi ifadə də var:
“Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.
Uruqvay prezidenti Xose Muxikanın:
Dəbdəbəli iqamətgahı, bahalı avtomobili olmasa da 1 hektat şəxsi torpaq sahəsi var. Prezident bu torpağı özü əkib-becərir. Xose Muxika öz yetişdiryi məhsullarla qidalanmağa üstünlük verir.
Saglamolun.Az