Viruslar, ürək xəstəlikləri və xərçəngdən qoruyan MÖCÜZƏVİ ZƏNCƏFİL

Zəncəfil sözün əsl mənasında möcüzəvi bitkidir. Onu təbii antibiotik, statin, virus və xərçəng əleyhinə preparat hesab etmək olar.

Alimlərin fikrinə görə, zəncəfilin müntəzm istehlakı bizi xərçəngin bir çox növlərindən qoruya bilər. Bu xüsusilə bağırsaq, mədəaltı vəz, süd vəzi və yumurtalıqlar xərçənginə aiddir. Bunun səbəbi zəncəfilin tərkibində olan 6-gingerol maddəsidir. 6-gingerol orqanizmdə iltihabın səviyyəsini aşağı salır. Bildiyimiz kimi, xroniki iltihab xərçəngin əsas səbəblərindən biri sayılır.

Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, zəncəfil qanda “pis” xolesterinin səviyyəsini salaraq ürək-damar sistemi xəstəliklərinin riskini də azaldır. Araşdırmalar göstərir ki, zəncəfilin xolesterini salmaq xüsusiyyəti statinlərin təsirinə çox yaxındır. Lakin statin preparatlarının müəyyən yanaşı təsirləri və fəsadları var, zəncəfilin isə yoxdur.

Zəncəfil güclü virus və mikrobəleyhinə təsirə malikdir, bizi soyuqdəymə xəstəlikləri və infeksiyalardan qoruyur.

Zəncəfil həmçinin beyinin funksiyalarının pozulmasına səbəb olan Alsheymer xəstəliyi zamanı da yardım edir. Beyində iltihabları azaldan zəncəfil reaksiyalar və yaddaşı yaxşılaşdırır. Mütəxəssislər yaşlı insanlara müntəzəm olaraq zəncəfili istehlak etməyi tövsiyə edirlər.  

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...