Günümüzün əsas problemlərindən olan qızılca Azərbaycanda günü-gündən artmağa və fəsadlar yaratmağa davam edir. Hazırda hər kəsi maraqlandıran bir sual var ki, bu da “qızılca ölkədə epidemiyaya səbəb ola bilərmi?” sualıdır.
Sağlamolun.az xəbər verir ki, mövzu ilə bağlı SƏHİYYƏ TV-nin "Xüsusi Xəbər" proqramına müsahibə verən Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bildirib ki, 2022-ci ilin son aylarından Avropanın bir sıra ölkələrində qızılca xəstəliyi artmağa başlayıb.
O qeyd edib ki, bu xəstəlik ölkəmizlə qonşu olan dövlətlərdə mövcud olduğu üçün Azərbaycanda da qeydə alınıb:
“Azərbaycanda qızılcanın artımı və fəsadları davam edir. Bu sahədə gücləndirilmiş rejimdə işlər həyata keçirilir. Xəstəliyi ağır keçirənlər üçün təkcə mərkəzdə yox, regionlarda da xəstəxanalarda TƏBİB tərəfindən çarpayılar ayrılıb”.
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az