Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? - AÇIQLAMA

Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.

 

Əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb: 

 

"Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın".

 

Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.

Saglamolun.Az