ÜST-dən qorxulu açıqlama: SU EPİDEMİYASI YAYILA BİLƏR

Ukraynada Kahovka Anbarı və Su Elektrik Stansiyasının partlamasından sonra ÜST regionu narahat edən əsas məsələnin su yoluxucu xəstəliklərin potensial epidemiyası olduğunu bəyan edib.

Ümumdünya Səhiyyə Təşkilatı yeni təhlükə barəsində xəbərdarlıq edib.

ÜST-nin Ukraynadakı nümayəndəsi Jarno Habicht BMT-nin Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında bildirib ki, Ukraynada Kahovka bəndinin dağılmasından sonra daşqınların yaşandığı regionda potensial su yoluxucu xəstəliklərin yayılması onları narahat edir.

"Hələlik belə epidemiyalarla bağlı heç bir məlumat yoxdur, lakin ÜST epidemiyalara cavab verməyə hazırdır. ÜST su ilə ötürülən xəstəliklərlə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün işlərini davam etdirir",-deyə ÜST nümayəndəsi qeyd edib.

Bölgədə içməli suya ehtiyacı olan yüz minlərlə insanın olduğuna diqqət çəkən Habicht, çökən bəndin ətrafındakı 30 yaşayış məntəqəsinin su altında qaldığını bildirib. Ərazidə tədbirləri gücləndirmək üçün vəba xəstəliyi əlehinə tibbi ləvasimatlar paylanılıb.

 

medicalmedia.az 

 

Saglamolun.Az