Xalq artisti xərçəngə tutuldu: Tezliklə sağalıb, görüşmək ümidilə...

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirmiş. 

Bu barədə o, feysbukda məlumat yayıb. Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır:

“Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına,müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm.Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam,tezliklə sağalıb sizinlə görüşmək üzərə… Hörmətlə Xalq artisti Ramiz Məlik”.

Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə “ Azərbaycan SSR əməkdar artisti”, 24 may 1998-ci ildə isə”Azərbaycan Respublikasının xalq artisti” fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət ordeni” ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

 

 

Saglamolun.Az