“İndi iki peşə sahibinə inam yoxdur. Biri həkimlərdir, biri maşın ustaları. Əvvəllər belə deyildi, insanlarda həkimlərə inam var idi. Bizim vaxtımızda getdiyimiz yerdə vicdansız adamlar olsa da, vicdanlı, əxlaqlı insanlara da rast gəlmək olurdu. Amma indi hamısı vicdansızdırlar. Ancaq pul haqqında düşünürlər. Gələn pasiyentdən necə pul qoparmaq barədə düşünürlər”.
Bunu Xalq yazıçısı Çingiz Abdullayev tədbirlərin birində çıxışı zamanı bildirib.
Çingiz Abdullayev qeyd edib ki, həkimlik müqəddəs peşədir, amma təəssüf ki, indi hamı həkimə inanmaq olmaz deyir.
"Həkimə gedirsən min xəstəlik tapır. Bir dəfə sürücümü xəstəxanaya apardılar. Həkim dedi apendistin var. Yaxşı ki, yoldaşım xaricdən gəlmişdi, dedi ki, yoxlamışam heç nə yoxdur, tez çıx qaç oradan. Səhər sürücüm ultrasəs müayinəsinə getdi və məlum oldu ki, heç nəyi yoxdur, səhv diaqnoz qoyulub”,-deyə yazıçı bildirib.
Saglamolun.Az