Yaşıl qəhvənin xüsusiyyətləri haqda...

Yaşıl qəhvə - qovrulmamış, təbii çiy qəhvədir.

Buna baxmayaraq, bu qəhvə də, qara qəhvə kimi dəmlənib içilir. Bu növ qəhvə, mağaza və supermarketlərdə çox rast gəlinməsə də, onu xüsusi internet - mağazalardan sifariş etmək olar.

Yaşıl qəhvənin xüsusiyyətləri:

Bu qəhvənin əsas üstünlüyü, onun dietik xüsusiyyətidir. İndiki dövrümüzdə isə hətta, "arıqlamaq üçün yaşıl qəhvə" adlı içki var.Bu qəhvənin adını, forum və internet səhifələrinin, pəhriz və düzgün qidalanma haqda olan  məqalələrində tez -tez görmək olar.

Mütəxəssislərin araşdırmalarına əsasən, yaşıl qəhvənin tərkibində, insan orqanizminə lazımı  miqdarda antioksidantlar, amin turşuları və vitaminlər vardır. Bu maddələr, yaşıl qəhvədə, adət etdiyimiz qara qəhvədən daha çoxdur.

Bundan əlavə yaşıl qəhvənin tərkibində olan xlorogen turşusu, yüksək hərarətdə(qovrulduqda) məhv olduğu üçün qara qəhvədə yoxdur. Bu turşu isə, arıqlama prosesində çox önəmli rol oynayır. O, piylərin parçalanmasına səbəb olur.

Qara qəhvə ay ərzində artıq çəkinin 14%- dən xilas edə bilirsə, tərkibində xlorogen turşusu olan bu qəhvə, yağların işlədilməsini 47% gücləndirə bilir.

Həmçinin, tərkibində olan maddələr, insanın beyin aktivliyi və ümumi tonusunu  artırır .Məlumatınız olsun ki, qovrulmamış qəhvənin  tərkibində, kofeinin miqdarı qovrulmuş qəhəvədən  daha azdır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика